"Neftçi" klubunun futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ" ilə ev oyununda iştirak edə biləcək. Bu barədə
Sportnet.az-a "Neftçi" klubunun mətbuat katibi Mehman Rəsulov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Abışovun durumu yaxşıdır. O, martın 14-də "Qəbələ" ilə görüşdə meydana çıxa biləcək. Heyətdə cəzalı futbolçu olmasa da, zədəli Cavid İmamverdiyev qarşıdakı görüşü buraxacaq.
Qeyd edək ki, Abışov zədə üzündən milli komandanın Qətərlə yoldaşlıq matçı üçün açıqlanan heyətindən çıxarılıb. İmamverdiyev isə anoloji səbəbdən son turda "Neftçi"yə kömək edə bilməyib.