1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bədavi Hüseynov: "Təəssüf ki, oyunumuzu göstərmədilər"
"Yaxşı rəqib, hücum xəttində yaxşı oyunçuları olan komanda ilə oyunumuz çətin, amma maraqlı oyun keçdi. Düzdür, oyunu göstərmədilər. Təəssüf ki, azarkeşlər matçı izləyə bilmədilər".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qətər yığması ilə yoldaşlıq oyunundan qayıdan Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov deyib. O, martın 26-da Almaniya ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına yaxşı əhval-ruhiyyədə hazırlaşacaqlarını bildirib.
Hüseynov Qətərlə qarşılaşmada debütantların çıxışını bəyəndiyini də əlavə edib: "Bir çox futbolçumuz ilk dəfə oynasa da, layiqincə çıxış etdi. Ürfan Abbasov və Tellur Mütəllimov inamlı idilər. Hücum edir, mübarizədən qorxmurdular. Məncə, onlar belə davam etsələr, gözəl perspektivləri olacaq".
Qeyd edək ki, Azərbaycan millisi Dohada keçirilmiş yoldaşlıq görüşündə Qətərə 2:1 hesabı ilə qalib gəlib.