Azərbaycan milli komandasının Dəniz Yılmazın şərəfini qoruduğu Türkiyənin "Bursaspor" klubu Super Liqada növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçunun komandası bu gün XXIV tur çərçivəsində "Bursaspor"un qonağı olub. İki oyunluq cəzasını başa vuran Yılmaz bu matçda start heyətində meydana çıxıb. O, 90-cı dəqiqədə yerini Kubilay Kanatsızkuşa verib. Yılmaz 40-cı dəqiqədə penaltini qola çevirsə də, "Bursaspor" 85-ci dəqiqədə qapısında qol görərək, qələbəni əldən verib - 1:1.
Bu nəticədən sonra "Bursaspor" 32 xalla 10-cu, "Osmanlıspor" isə 31 xalla 11-ci pilləyə enib.