1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adrian Skarlatake: "Millidə oynamaq istəyirəm, AFFA zəng etmir" - MÜSAHİBƏ
"İnter”in müdafiəçisi Adrian Skarlatakenin Sportnet.az-a müsahibəsi...
- Bu gün Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Sumqayıt”la qarşılaşacaqsınız. Matç haqda fikirləriniz necədir?
- Oyuna çox yaxşı hazırlaşmışıq. Başa düşürük ki, "Sumqayıt” da zəif komanda deyil. Bu komandanı bəyənirəm. Heyətində gənc yerli futbolçular çıxış edir. Onlara qarşı oynamaq çətin olacaq. Digər komandalara olduğu kimi "Sumqayıt”a da hörmətlə yanaşırıq. Lakin biz bu oyundan yalnız qələbə ilə ayrılmağı düşünürük.
- Sumqayıtdakı görüşdə çətinliklə də olsa, 1 xal qazanmışdınız. Bu dəfə necə, heç-heçəyə qane olacaqsınız?
- Xeyr, biz matça qələbə üçün çıxırıq. Turnir cədvəlindəki mövqeyimizi qorumaq və daha yaxşı yerlərə yüksəlmək üçün bizi yalnız üç xal qane edəcək.
- İki tur öncə "Qarabağ”a səfərdə qalib gəldikdən sonra çoxları ötən tur "Qəbələ”ni də evə əliboş göndərəcəyinizi düşünürdü. Ancaq meydanı məğlub tərk etdiniz. Nələri düzgün edə bilmədiniz ki, uduzdunuz?
- "Qəbələ”yə qarşı biz yaxşı oynamadıq. Bunun da məntiqi nəticəsi kimi uduzduq. "Qəbələ” isə bizdən daha yaxşı oynadı və layiq olduğu üç xalı qazandı. Biz həmin görüşdə 70-ci dəqiqədən sonra sanki yorulduq. "Qarabağ”a qarşı çox güc sərf etmişdik.
- Hər halda çempionluğa oynayan iki komandaya ardıcıl iki turda qalib gələrək, öz çempionluq şansınızı da artırmış olacaqdınız...
- Bəli, elədir. Qalib gəlsəydik çempionluq şanslarımız daha da artacaqdı. Amma biz Avropa Liqasına vəsiqə qazanmaq üçün də sona qədər mübarizə aparacağıq.
- "İnter”in gələcəyi hazırda sual altındadır. Hazırkı komandanı keçmiş klubun "Xəzər Lənkəran”ın aqibəti gözləyir. Səncə, "Xəzər Lənkəran”dan sonra daha bir komandanın iddiasız duruma düşməsi, hətta dağılması nə dərəcədə realdır?
- Yaya qədər heç bir problem olmayacaq. Ümidvaram ki, "İnter” fəaliyyətini dayandırmayacaq. Görək, necə olacaq. Ümidim var ki, "İnter”ə yeni sponsor tapılacaq. Çünki "İnter” çox yaxşı komandadır, hər zaman yüksək yerlər üçün oynayıb, hazır bazası və stadionu da var.
- Komandaya gələrkən maddi problemlər olduğunu bilirdin?
- Mən komanda ilə müqavilə imzalayanda maddi problem yox idi. Dekabra kimi pulları ödəmişdilər və hər şey yaxşı idi. Amma hərdən belə şeylər olur, futboldur da... Ümidvaram ki, yaya qədər və yaydan sonra da hər şey yaxşı olacaq.
- Bir ara "Qarabağ”ın səninlə maraqlandığı bildirilirdi. İndinin özündə də Ağdam təmsilçisinin sənə marağı var?
- "İnter”lə müqaviləm mayda başa çatır və məhz bundan sonra harada oynayacağımı biləcəyəm. Əlbəttə, mənim ilk düşündüyüm Azərbaycanda qalıb buradan olacaq təklifləri dəyərləndirməkdir. Çünki burada yaşamaq həm mənim, həm də həyat yoldaşımın ürəyincədir. Mənə burada oynamaq asandır. "Qarabağ” son 4-5 ilin ən güclü klubudur, əgər onlar mənə təklif göndərsələr, məmmuniyyətlə qəbul edərəm.
- Əvvəlki müsahibələrində Azərbaycan millisində oynamaq istədiyini demisən. Maraqlıdı, ondan sonra sənə AFFA-dan dəvət gəlib?
- Bəli, beşinci ildi ki, Azərbaycandayam və bundan da çox xoşbəxtəm. Azərbaycan millisində oynamaq istədiyimi də bildirmişəm. İndi də istəyirəm. Amma AFFA-dan heç kəs mənə zəng etməyib, nə nümayəndə, nə də hansısa məşqçi.