1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tural Axundov: "Sanqarı vurmamışam"
"Mən həmin epizodda Sanqarı vurmamışam. Bu məsələni böyütmək də lazım deyil. Həmin epizodda heç nə yoxdur”.
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz”in kapitanı Tural Axundov deyib. 29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XXII turunda "Zirə” ilə qarşılaşmanın 43-cü dəqiqəsində rəqib hücumçu Amadu Sanqara qarşı kobud oynadığı üçün sarı vərəqə alıb. Lakin Axundov bundan sonra Sanqarın yanından keçərkən, yerdə olan fransalı yarımmüdafiəçiyə toxunub. Həmin epizodda Sanqarın reaksiyasına əsasən, "Kəpəz"in futbolçusunun onu vurduğu qənaətinə gəlmək olar. Lakin baş hakim Fariz Yusifov Axundova ikinci sarı vərəqəni göstərməyib.
Təcrübəli müdafiəçi həmin epizodda fransalı hücumçuya toxunmadığını israrla bildirib: "Vurmaq başqa cür olur, mən Sanqarı vurmamışam. Baxın epizoda, orada mən onu vururam, ya yox? Sadəcə futboldur da, insan əsəbi olur. Amma təkrar edirəm ki, Sanqarı heç vurmamışam. İkinci hissədə əl verib Sanqarla barışdıq. Bunu Fariz Yusifov özü də gördü. Bu epizodu şişirtmək lazım deyil”.
Qeyd edək ki, görüş "Kəpəz"in qələbəsi ilə yekunlaşıb - 1:0.