AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Əvvəla xalqımızı bayram münasibəti ilə təbrik edirəm. Ruziniz bol olsun, küsülülər barışsın. Çalışdıq yaxşı oynayaq. Çəkinəcəyimiz, qorxacağaımız bir şey yoxdu. Qol qarmaqarışıqlıqdan vuruldu. Məğlubiyyətə görə futbolçulara iradım yoxdur. Mübarizə apardılar. Düzdür, sürətli əks-hücumlar təşkil edə bilmədik. İkinci hissədə dəyişiklik etdim, alınmadı. Uşaqlara müdafiədə düzgün oyuna görə təşəkkür etdim.
- Təran Əhmədovun küsülü olduğu adam var?
- Küssəm, özümdən küsərəm. Elə bir adam yoxdur.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |