1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kiril Petrov: "Bir-birimizə alışmağımız üçün vaxt lazımdır" - MÜSAHİBƏ
"Neftçi” komandasının futbolçusu Kirill Petrov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, ukraynalı müdafiəçi əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb...
- Çox çətin oyun oldu. İkinci pillədəki komandanı məğlub etməyin özü də sevindiricidir. Üstəlik, "Zirə”yə məğlubiyyətdən sonra özümüzə inamı geri qaytarmaq istəyirdik. Hamıya sübut etmək istəyirdik ki, həmin görüşdəki məğlubiyyət sadəcə təsadüf idi.
- "Qəbələ”yə qalib gəlmək daha vacib olsa da, "Neftçi” sanki bunu daha çox istəyən tərəf idi...
- Məncə, qələbə bizə daha çox lazım idi, nəinki rəqibə. Çünki bizim də qarşımızda məqsədlər var. Onlardan başlıcası elə Avropa Liqasına çıxmaqdır. Biz bu məqsədə yavaş-yavaş gedirik və ümid edirəm ki, buna çatacağıq.
- Oyunun gedişində iki dəfə mərkəz müdafiəçisi mövqeyində oyunçu dəyişikliyi oldu. Belə hala köklənmək çətin deyildi?
- Bizim komandada rəqabət var. Özü də komandamız keyfiyyətlidir, yeni oyunçularla müdafiədə oynamaqdan çətinlik çəkmədim. Zədələnən oyunçuları əvəzləyənlər də oyunumuzu daha da gücləndirdi. Onlar zədələnən oyunçulardan zəif deyildilər.
- "Neftçi”nin stabilliyi saxlaması üçün nə çatışmır?
- Mən deməzdim ki, qeyri-stabillik var. Hazırkı heyətimizin hələ 8-ci oyunudur. Bizim bir-birimizə alışmağımız üçün hələ bir az vaxt lazımdır. Çalışacağıq ki, mövsümün sonuna kimi bu oyunu göstərək.
- Bu il "Neftçi”nin 80 illiyidir. Komanda üçün önəmlisi ölkə kubokunu qazanmaqdır, yoxsa çempionatında 4-cü pilləni tutmaq?
-Hər futbolçu özü üçün maksimal hədəfləri qoymalıdır. Hazırkı maksimal hədəfimiz 4-cü pilləni tutmaq və ölkə kubokuna sahib çıxmaqdır. Qarşıdakı mövsüm isə çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyik.
- "Qarabağ”ı ölkə kubokunda iki oyunla keçmək daha çətindir, yoxsa qarşıdakı 6 turda 18 xal qazanmaq?
- Mən bu suala cavab verə bilmərəm. Çünki biz hər oyuna son matç kimi köklənirik. Bizim üçün hər bir xal, qələbə vacibdir. Konkret olaraq bu suala cavab verə bilməyəcəyəm. Onu deyim ki, bizim üçün hər bir turnir vacibdir.