E.Məmmədov bildirib ki, danışılımış oyunlar bir xəstəlik, virusdur. O, AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə araşdırmalara başladıqlarını söyləyib: "İntizam Komitəsinin qərarı ilə bəzi şəxslərlə bağlı ölçü götürüldü. Bu halların qarşısı alınmalıdır. Bütün futbol ictimaiyyətinə müraciət edirəm ki, bu virusa qarşı birgə mübarizə aparaq. Əks halda sanksiya ilə üzləşə bilərik".
Baş katib Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayının azlığına da diqqət çəkib: "Biz də istərdik ki, Azərbaycan Premyer Liqasında 8 deyil, 10-12 komanda iştirak etsin. Lakin bu, maliyyə ilə bağlıdır".
Bakının Çempionlar Liqasının 2018/19 mövsümünün final oyunu üçün namizədliyini irəli sürdüyünü qeyd edən assosiasiya rəsmisi, burada əsas rəqibin İspaniyanın Madrid şəhəri olduğunu deyib: "Bizim rəqibimiz İspaniyanın Madrid şəhəridir. Tələbə əsasən, stadion tutumu 70 min olmalıdır. Lakin Bakı Olimpiya Stadionu 68 min yerlikdir. Ona görə də, əlavə 2 yer quraşdırılacaq. Eləcə də, Avropa Liqasının final oyununum təşkili üçün namizədliyimizi irəli sürmüşük. Orada rəqiblərimiz çox olsa da, şansımız yüksəkdir".
E.Məmmədov UEFA İcraiyyə Komitəsinə namizədliyini irəli sürməkdə göstərdiyi dəstəyə görə R.Abdullayevə minnətdarlıq edib.