1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "Neftçi"yə xəbərdarlıq edirəm" - MÜSAHİBƏ
"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl brifinq keçirib. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Hamını maraqlandırır ki, görəsən builki "Qarabağ”ın avrokuboklarda qrupa qalmağa gücü çatacaq?
- Buna gücümüz çatacaq. "Qarabağ”a da tam inanıram.
- Reynaldo getdi, Dani Kintana zədəlidir. Bunlara rəğmən inanırsınız?
- Daninin zədəli olması bizim üçün doğrudan da böyük itkidir. Ancaq indi əlimizdə hansı imkan varsa, onunla oynayacağıq. Ən əsası, komandadakı atmosfer yaxşıdır, Qurban Qurbanova inanıram.
- Avropa Liqasının, yoxsa Çempionlar Liqasının qrupuna düşəcəyinizə inanırsınız?
- Mənim arzum Çempionlar Liqasının qrupuna düşməkdir.
- Yeni oyunçuların transferi gözlənilir?
- Biz Qurban Qurbanovu eşidirik. Oyunçunu gətirmək özü də ağır prosesdi. Qurban Qurbanov bir neçə oyunçu izləyir və nümayəndələri də göndərib. Əgər kimisə istəsə, biz hazırıq gətirək.
- Bu mövsüm "Qəbələ” ilə oyunlarda ajiotaj yaranır. Bu sizi narahat etmirki?
- Xeyr. Hamımız Azərbaycanı təmsil edirik. "Qəbələ” hər zaman güclü klub olub. Futboldur, da olacaq belə şeylər. "Qəbələ” bizə qarşı çox yaxşı oynadı. Son oyunda da yaxşı oynadılar və qazandılar.
- "Qarabağ” və "Qəbələ”nin turnir cədvəlindəki digər komandalarla xal fərqi böyükdür. Sizcə, çempionatımızın da 8 komandalı olması "Qarabağ”ın avrokuboklardakı çıxışına təsir edəcəkmi?
- Əlbəttə ki, təsir edir. Bugünki imkanlar nədirsə, ona görə əlimizdən gələni edəcəyik. Könül istərdi ki, ən azı 10 komanda olsun. Məncə, o qədər də pis deyil. "Qəbələ” kimi güclü rəqibimiz var.
- Ölkə kubokunda "Neftçi” ilə oyunlarınız var. Qışdan sonra ən yaxşı formada olan komandaya qarşı görüş haqda nə düşünürsünüz?
- "Neftçi” ilə matç mənim üçün bu ilin tarixi oyunu olacaq. Böyük həvəslə gözləyirəm.
-Komandanı necə motivasiya edəcəksiniz?
- Bizim öz yollarımız var. Hər sirrimizi də demək olmaz(gülür).
- Son turda da "Bakcell Arena”da "Neftçi” ilə qarşılaşacaqsınız. İşdir çempion olsanız, bunu "Neftçi”nin stadionunda qeyd etmək fərqli hisslər yaşadacaq?
-"Neftçi”ni rəqib meydanında məğlub etmək, mənə ən böyük zövqü verəcək. "Neftçi”yə xəbərdarlıq verim ki, biz bu oyunlarda çox iddialıyıq. "Neftçi” çox yaxşı formadadır. Bu oyunlarda isə möhtəşəm "Qarabağ” görəcəklər. Futbolçularım "Neftçi” – "Qarabağ” oyunları ilə bağlı həssaslığımı bilirlər.
- "Neftçi”yə qarşı oyun, "Qəbələ” ilə qarşılaşmadan daha önəmlidir?
- Bəli, mənim üçün həmişə belə olub. Çünki bu oyun şirlərin savaşı olub. Mənim üçün çox maraqlı olacaq.
- Geridə qalan ildə "Qarabağ”ın büdcəsində problemlər yaşanmadı?
- Bizim heç bir problemimiz yoxdur. Büdcəmiz böyümür, ancaq stabildir. Neft zəngini olan ölkələrin çətinliyini Azərbaycan da yaşayır. Buna baxmayaraq, "Azərsun Holding” böyük fədakarlıq edir. Ancaq Qarabağ adı bizə çox önəmlidir. Cəbhədə indi də savaş var və hərdən şəhid xəbərləri də gəlir. Ona görə məsuliyyətimizi bilirik. Bugünlərdə "Qarabağ”ı yaşatmaq ən önəmlisidir. Bunu sponsor da bilir, mən də bilirəm.