1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev: "Biabırçılıqdır"
AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib.
O, əvvəlcə iclasda müzakirə olunan məsələlər barədə məlumat verib...
- İcraiyyə Komitəsinin iclasında futbolumuz üçün mühüm məsələlər haqda danışıldı. Əsas mövzu da danışılımış oyunlar oldu. Sizə açıq deyirəm, oyunlar ciddi izlənilir. Bizdə şübhəli oyunlar l divizionda olub. UEFA bizə qərar vermək üçün vaxt verib. Yəqin ki, bu gün İntizam Komitəsi radikal qərarlar qəbul edəcək. Bu, cinayətdir. Həmin adamlar cinayət məsuliyyətinə cəlb olunacaq. Bəzi epizodlara baxdıq. Biabırçılıqdır. Mənə çox pis təsir etdi. Bunun kökünü kəsməliyik. Həmçinin milli komandalara baş məşqçi təyinatı məsələlərinə baxdıq. Təyinatlar təsdiqləndi. Digər məsələ AFFA-nın idarəçiyini öz üzərinə götürdüyü "İnter" klubu oldu. Kluba yeni sponsorun cəlb edilməsi məsələsi müzakirə edildi. Sabiq futbolçulara təqaüd məsələsinə baxıq. Bu ənənə dünyada iki dövlətdə var: İngiltərə və Azərbaycanda. Artıq 9 ildi təqaüd veririk. Bir neçə tanınınmış şəxsə də təqaüd ayrılacaq.
- Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvü seçiləcəyi halda AFFA-dakı aqibəti necə olacaq?
- UEFA İcariyyə Komitəsi ictimai təşkilatdır. Elxan Məmmədovun AFFA-dakı işinə mane olmur.
- Ötən il AFFA tərəfindən təsis edilən Media Komitəsinin işin necə qiymətləndirirsiniz?
- Biz hakimlərə təlim-məşq toplanışları təşkil etmişik, bu da öz töhvəsini göstərir. Təklif edirəm ki, jurnalistlər üçün də AFFA tərəfindən treninqlər təşkil edilsin.
- Əvvəlki konfranslarda qeyd etmişdiniz ki, Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayı artırılacaq. Lakin artıq "İnter" klubuna da AFFA baxır. Eləcə də l divizon klubları federasiyadan kömək gözləyir...
- Qarşımıza məqsəd qoymuşduq ki, 2017/18 mövsümündə elitada 10 klub olsun. Artıq bu yöndə iş aparılır. Lisenizyalaşdırmanın tələblərinə cavab verməlidirlər. Açıq danışaq: I divizon klublarının əksəriyyətinə AFFA yardım edir. Premyer Liqada əsasən Bakı klublarıdır. Çalışırıq ki, region klublarına yardım edək. Artıq şəhər klubarına dəstək olmayacağıq.
- Düşünmürsüz ki, klublara sponsorluq işi dövlət tərəfindən həll olunsun? Çünki bütün güc SOCAR-ın üzərinə düşür...
- SOCAR xarici şirkət deyil ki. Cənab prezident futbola dəstək olmağı SOCAR-a həvalə edib. Burada problem görmürəm. Biz də istərik əlavə sponsorlar olsun.
- Rövnəq Abdullayevin üzünü futbol daha çox ağardıb, yoxsa cüdo?
- Futbol mənim həyatımdır. Qələbə sevinci nəyə desəniz dəyər. İşləyən adam üçün hər şey asandı. İşləyən üçün isə asan. Futbol çətindir, çünki əhatəsi böyükdür.
- CBC Sportun fəaliyyətinə təhlükə olduğu deyilir. Bu nə dərəcədə doğrudur?
- Elə bir şey yoxdur. Artıq iki idman kanalı var və bu rəqabət yaradıb. Nəticələrdən razıyam. Futbol yayımında problem yoxdur. Futbolun təbliği önəmlidir.
- Almaniya millisi ilə daha öncə də seçmə mərhələdə qarşılaşmışıq. Berti Foqstun komandasına daha çox inanırdınız, yoxsa hazırkı baş məşqçi Robert Prosineçkinin?
- Almaniya millisi bir maşındır, kimi gəldi əzib keçir. Onlara uduzmaq da şərəfdir (gülür). Qarşıdakı oyunda çalışacağıq ki, yaxşı mübarizə aparaq.
- Son vaxtlar klub nümayəndələri tərəfindən hakimlərə qarşı fiziki təzyiqlər olur. Əvvələr mühafizə xidməti var idi, bunun bərpası mümkündür?
- Azərbaycanda polis var, əlavə mühafizə xidmətinə ehtiyac yoxdur. Nə lazımdırsa, hüquq mühafizə orqanları edəcək.
- Danışılmış oyunlarla bağlı konkret hansı tədbirlər görüləcək?
- Hələlik aradşırmalar tamamlanmaq üzrədir. Bizə lazımı informasiyalar anında gəlir. Martın 9-da keçirilmiş "Göyəzən" - "Şərurspor" oyunu ilə bağlı hesabatları almışıq. Yəni, hesabatlar çox tez gəlir.