1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün antiyubiley
"Qəbələ” komandası Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqada XXII turun "Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top "qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb.
Namiq Ələsgərovun bu qolunadək "Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. "Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.
"Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun komandasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə XIII turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən "Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib.