1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məhəmməd Qurbanov: "Belə oyunlar çox oldu" - MÜSAHİBƏ
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanovun Sportnet.az-a müsahibəsi...
- Sabah Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində "Kəpəz”in qonağı olacaqsınız. Bu qarşılaşmada qələbə şanslarınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə, biz Gəncədə qalib gəlmək istəyirik. Komandanın özünəinamı geri qaytarması üçün "Kəpəz”lə matçda bizi yalnız qələbə qane edir. Əlimizdən gələni edəcəyik ki, üç xalı qazanan tərəf biz olaq.
- "Sumqayıt” son görüşlərdə nəyə görə uğursuz çıxış edir?
- Son vaxtlar komandamızın bəxti də gətirmir. Yoxsa çox yaxşı oynayırıq.
- "Kəpəz”in ardıcıl dördüncü ev oyunu olacaq. Bunu onlar üçün üstünlük hesab edirsən?
- Gəncə stadionunun qazonu ağır olsa da, "Kəpəz” öz meydanında yaxşı oynamağı bacarır. Amma biz buna fikir verməyəcəyik. Çünki şərait hər iki komanda üçün eyni olacaq.
- Sən hələ də komandanızın avrokuboklara düşə biləcəyinə inanırsan?
- Bəli, "Sumqayıt”ın avrokuboklara yollanacağına inanıram. Məncə, hər zaman öz gücünə və komandanın gücünə inanmalısan. Yoxsa, başqa cür mümkün deyil.
- Bəlkə "Sumqayıt” psixoloji cəhətdən avrokuboklara hazır olmadığı üçün uduzur?
- Xeyr, iş orasında deyil. Bayaq da dediyim kimi bizim bir çox oyunlarda bəxtimiz gətirmədi. Biz meydanda çox yaxşı mübarizə apardıq, yaxşı oyun sərgilədik. Ancaq rəqiblərin bəxti gətirdi. Yəni, belə oyunlar çox oldu. Elə futbol da məhz bunlara görə çox maraqlıdır.
- Avrokuboklara yollanmaq istədiyinizi deyirsən. Vəsiqəni qazansanız, Avropada nə edəcəksinizki? Çoxları düşünür ki, "Sumqayıt” avrokuboklarda bir mərhələ belə keçə bilməz...
- Bu haqda sonra danışmaq olar. İndidən xalları hesablayıb gələcək haqda danışmaq erkəndir.
- Klubunuzun prezidenti Kamran Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, uğursuzluqların səbəbləri "İnter"lə görüşdən sonra araşdırılacaq və lazım olsa, hansısa futbolçu cəzalandırılacaq. Cəzalandırılanlar siyahısında sən də varsan?
- Mən bu barədə eşitməmişəm. Elə bir şey yoxdur.