Bakıda mənzildə 2 ay əvvəl meyitləri tapılan Kamerun vətəndaşlarının cənasəzi ölkələrinə göndərilib.
Sportnet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Yasamal rayonunda kirayədə yaşadıqları evdə meyitləri tapılan Kamerun vətəndaşlarından dördünün cənazəsi ölkələrinə aparılıb.
Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kamerunun Rusiyada yerləşən səfirliyinə edilən müraciətindən sonra bu gün əcnəbilərinin qohumları Bakıya gələrək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən onların meyitlərini təhvil alıblar. Bu gün səhər 4 əcnəbinin meyiti təyyarə ilə ölkəsinə aparılıb.
Yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonunda kirayə yaşadığı evdə onun, həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin meyiti aşkarlanıb. Meyitlərin üzərilərində zorakılıq əlamətləri görünməyib.
Yanvarın 18-i ölən 5 əcnəbidən birinin, 1994-cü il təvəllüdlü Njonjoh Hans Ekumunun atası Bakıya gələrək oğulunun meyitini ölkəsinə aparıb.
Qeyd edək ki, T.P.Ateh, N.N.Levisev və N.E.Linus həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "Sabunçuspor" klubunun üzvləri olub. Vəfat edən dördüncü futbolçu - S.Hke də əvvəllər "Sabunçuspor"un futbolçusu olsa da, daha sonra klubdan kənarlaşdırılıb.