1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Super Liqada növbəti istefa
Mustafa Reşit Akçay Türkiyənin "Osmanlıspor" futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.
Sportnet.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis qərarını Super Liqanın XXV turunda səfərdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb. O, son oyunlarda uğurlu nəticələr əldə edə bilməmələrini səbəb göstərib: "Klubumuzun gələn mövsüm üçün daha sağlam qərarlar verə bilməsi üçün postumdan gedirəm".
Qeyd edək ki, Mustafa Reşit Akçat "Osmanlıspor"a 13 iyul 2015-ci ildə baş məşqçi təyin olunub. Ankara təmsilçisi onun rəhbərliyi altında cari mövsümdə ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb və qrupdan lider kimi 1/16 finala yüksəlib. Lakin komandanın qarşısını Yunanıstan "Olimpiakos"u kəsib - 0:0, 0:3. Super Liqada isə "Osmanlıspor" 35 xalla 11-ci pillədə qərarlaşıb.