"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter"lə keçirdiyi oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.
Sportnet.az-ın məlumatına görə, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar.
Formalar isə komandanın 1949-1950-cı illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də yerinə yetiriblər.