"Matça ciddi hazırlaşmışdıq. Məncə, "Kəpəz” – "Sumqayıt” matçında daha yaxşı oynayan tərəf biz idik. Sadəcə olaraq son nöqtəni qoya bilmədik. Bu da sonda məğlubiyyətə gətirib çıxardı”.
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib. "Gənclik şəhəri” təmsilçisinin müdafiəçisi "Kəpəz”in forvardı Dario Frederikonun oyunun taleyini həll etdiyini söyləyib: "Meydanda hamı mübarizə aparırdı. "Kəpəz”in hücumçusu Dario çox yaxşı oynadı, həqiqətən də oyunun taleyini həll etdi.
"Kəpəz”in özündə oyunun taleyini həll edəcək, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Nəinki "Kəpəz”də bizdən başqa hər bir komandada belə oyunçular var. Amma "Sumqayıt”da oyunun taleyini həll edən futbolçu yoxdu. Bu qədər xallar yığmışıqsa, hamısı Samir Abasovun keçdiyi düzgün məşqlərin, oyuna yaxşı kökləməyinin nəticəsidi. Matçlarda mübarizə aparmışıq, istəkli olmuşuq deyə yığmışıq”.