"Gözləyirdik ki, "Zirə"yə qarşı çətin olacaq. Çempionatın hazırkı dönəmində komandaların hamısı artırıb. "Qəbələ” AZAL-la görüşdə gözlənilməz nəticəyə imza atdı. Bütün komandalar artırıb, ona görə bilirdik ki, çətin olacaq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madeyra deyib.
Ağdam klubunun ispaniyalı yarımmüdafiəçisi "Zirə" ilə matçda itirlən iki xala üzüldüklərini söyləyib: "Birinci hissədə bizə çox çətin oldu. Çünki rəqib pressinq edirdi. İkinci yarıda isə təşəbbüsü ələ aldıq və daha çox hücum etdik. Ancaq "Zirə” beş müdafiəçi ilə qapıya çəkilmişdi və bu da bizə çətinlik yaradırdı. Təbii ki, qalib gəlmək istəyirdik. Amma belə alındı. Növbəti oyunlarda qələbə üçün çalışacağıq".
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı qolsuz yekunlaşıb - 0:0.