1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev müəmması: Qovulub, yoxsa...
"Kamran Ağayev "Boavişta"da qalmaq istəmir, lakin hələlik klubla müqaviləsinə xitam verilməyib".
Bunu Sportnet.az-a Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçinin yığmanın qapıçısı Kamran Ağayevin Portuqaliyanın "Bovaişta" klubundan ayrılması ilə bağlı açıqlamasını şərh edərkən, AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev deyib.
Federasiya rəsmisi bildirib ki, Ağayev "Boavişta"da əsas heyət üzvü statusunu itirdiyi üçün başqa kluba keçmək istəyir. Onun sözlərinə görə, hazırda təcrübəli qolkiper Portuqaliya klubunun üzvüdür: "Yəqin ki, Prosineçki onun klubunda əsas heyətə düşə bilməməsini nəzərdə tutub. Kamranın "Boavişta" ilə müqaviləsi var və o, Portuqaliya təmsilçisinin düşərgəsinə qayıdacaq. Onun klubu ilə mövcud sözləşməsinin müddəti mövsümün sonuna qədərdir. Ağayev yayda özünə yeni komanda tapmalı olacaq".
Prosineçkinin tərcüməçisi Aydın Rüstəmov Sportnet.az-a açıqlamasında bildirib ki, baş məşqçi Almaniya ilə DÇ-2018-in seçmə qrup matçından sonra Ağayevin "Boavişta" ilə müqaviləsinə xitam verildiyini açıqlayıb: "Prosineçki Kamranın oyun praktikasız qaldığını yox, məhz müqaviləsinə xitam verildiyini dedi".
Qapıçının özü isə bu barədə danışmaq istəməyib. O, Almaniya ilə matçdan sonra istirahət etdiyini əsas gətirib. Ağayev bu yaxınlarda mətbuat konfransı keçirmək istəyini də ifadə edib.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta" ilə cari mövsümün əvvəllərində bir illik müqavilə bağlayıb.