
Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni təyinat alıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, avqustun 27-dən 30-dək Monteneqroda keçiriləcək futzal üzrə UEFA Kubokunun ilkin seçmə mərhələsinin G qrupunun oyunlarını idarə edəcək.
Bu qrupda "Podgorica" (Monteneqro), "Ben Gurion" (İsrail) və "Zelezarec" (Makedoniya) klubları mübarizə aparacaq.