Albaniya ilə Bosniya və Herseqovina yığmaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Sportnet.az-ın məlumatına görə, "Elbasan Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
Qalib komandadan 7-ci dəqiqədə Edin Ceko penaltidən hesabı açıb. 43-cü dəqiqədə Senad Luliç bərabərlik qolunu vurub. Meydan sahiblərindən isə 69-cu dəqiqədə Bekim Balaj fərqlənib.
Bu görüşdə "Qarabağ"ın iki oyunçusu - albaniyalı müdafiəçi Ansi Aqolli ilə bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçin qarşıdurması gözlənilirdi. Lakin onların heç biri meydana çıxmayıb. Aqolli sonadək ehtiyatda qalıbsa, Şehiç oyunun iştirak ərizəsinə salınmayıb.