"Bizim
üçün olduqca vacib matçdır. Düzdü, finala adlamaq şansımız iki oyundan ibarət
olacaq. İlk oyunumuz evdədi. Məhz buna görə də qol buraxmamağa çalışmalıyıq. Təbii
ki, özümüz də hücumda daha dəqiq oynayaraq qol vurmaq istəyirik. İlk oyundan elə
qol buraxmadan, öz qollarımızı vursaq əla olar".
Bu sözləri Sportnet.az-a
açıqlamasında "Neftçi”nin müdafiəçisi Elvin Bədəlov deyib.
"Ağ-qaralar"ın stoperi "Qarabağ”la görüşdə
komandasının yaxşı şanslarının olduğunu bildirib: "Təbii ki, "Qarabağ” çox
güclü komandadı. Son illərin də çempionu olduğundan, onların gücündən danışmağa
ehtiyac yoxdu. Onların futbolçuları hər il Avropada çıxış edirlər, yaxşı təcrübələri
var. Ancaq qışdan sonra biz çox yaxşı sürət yığmışıq, inamlı oynayırıq. Məncə, "Qarabağ”ı
keçmək şansımız var. Digər cütlük olan "İnter”- "Qəbələ” matçı da maraqlı və gərgin
olacaq. Ümidvaram ki, cütün güclüsü qalib gələcək”.