"Qəbələ”nin futbolçusu Filip Ozobiçin Sportnet.az-a müsahibəsi...
- Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "İnter”lə səfərdə oynayacaqsınız. Bu matç haqda nə düşünürsən?
- Çox ağır oyun olacaq. Amma biz finala adlamaq istəyirik. Ona görə də bütün gücümüzü meydanda qoyacağıq.
- Əksər vaxtlarda futbolçular ilk görüşün səfərdə keçirilməsinin tərəfdarı olur. Siz necə, bunu özünüz üçün üstünlük hesab edirsiniz?
- Mənim üçün ilk görüşün harada olmasının fərqi yoxdur. Biz bugünki görüşdə qollar vuraraq uğurlu nəticə qazanmaq istəyirik.
- Çoxları düşünür ki, "Qəbələ”yə ölkə kuboku yox, daha çox Premyer Liqada çempionluq lazımdır. Məhz buna görə də kuboka o qədər də önəm verməyəcəyiniz deyilir...
- Bilmirəm kim bunu deyir. Mən həm ölkə kuboku, həm də çempionluq qazanmağımızı istəyirəm. "Qızıl dubl" arzusundayam.
- "İnter”ə son çempionat oyununda qalib gələ bildiniz. Həmin matçı bu dəfə də təkrarlasanız, qələbə qazana bilərsiniz?
- "İnter”lə oynamaq onsuz da hər zaman çətin olur. Amma biz çempionatdakı matçdan da yaxşı oynamaq istəyirik. Belə oynayarıqsa, uğurlu nəticə əldə edə bilərik.
- "Neftçi” – "Qarabağ” matçında hansı komandanı finala daha şanslı hesab edirsən?
- Bu matç çox maraqlı və gərgin olacaq. Məncə, "Neftçi” çox artırıb. Hansı komandanın finala çıxacağını deyə bilmərəm.
- "Qəbələ” finalda hansı komanda ilə oynamaq istəyər?
- Mən finala çıxmağımızı çox istəyirəm. Finalda hansı komanda ilə oynamağımızın isə fərqi yoxdur.