1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Muarem Muarem: “Səfərdə iki qol böyük üstünlükdür”
Azərbaycan Kubokunun ilk yarımfinal oyununda səfərdə "Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda "Qarabağ”ın ilk qoluna imza atan Muarem Muarem oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- İlk qolu vurdunuz, komandanız qalib gəldi. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Düzdür, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün xoşbəxtik. Səfərdə iki qol vurmaq bizim üçün böyük üstünlükdür. Amma hər şey bitməyib. "Neftçi”nin də səfərdə bizə 2 qol vuracaq gücü var. Diqqətli olmalıyıq.
- Azərbaycanda ev və səfər matçları arasında fərq var? Onsuz da tribunalarda çox az sayda azarkeş olur...
- Əksər matçlarda hiss edilməyə bilər. Lakin bu cür qarşılaşmalar fərqlidir. "Neftçi”, "Qəbələ”, "Zirə” kimi komandaların yaxşı azarkeşləri var. Bəzilərində adam çox olur, bəzilərinə gəlmirlər.
- Artıq finala vəsiqə qazandığınızı düşünmürsünüz?
- Öz adıma deyə bilərəm ki, düşünmürəm. Çünki "Neftçi” son vaxtlar yaxşı futbol sərgiləyir. Beş oyundur uduzmurdular.
- Necə etdiniz ki, bu gün "Neftçi” istədiyi kimi çıxış etmədi?
- Rəqibi yaxşı analiz etdik. Sürətli oynadıq, erkən qol vurduq. Bəlkə kənarda asan görünürdü, amma elə deyil.
- Rəqibin 80 illik yubileyini qeyd etməsi sizə əlavə motivasiya verdi?
- Xeyr, bunu heç bilmirdim. Oyunda xəbər tutdum.
- Bu qələbəyə görə xüsusi mükafat var?
- Bununla bağlı heç bir söhbət olmayıb.
- "Qəbələ” digər yarımfinal oyununda "İnter"ə 3:1 hesabı ilə qalib gəldi. Onları finalda saymaq olar?
- İndidən danışmaq tezdir. Bəlkə "Qəbələ” finala çıxdığını düşünə bilər. Biz öz oyunumuza baxmalıyıq.