1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Quliyev: "Mən falçı deyiləm" - MÜSAHİBƏ
"Sumqayıt" klubun prezidenti və Klublar Komitəsinin sədri Kamran Quliyevin Sportnet.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasında 8 komanda iştirak etdiyi üçün əvvəlki illərlə müqayisədə cari mövsümə bir ay tez yekun vurulacaq. Bu səbəbdən elita komandaları arasında Qəbələdə turnir keçirilməsi nəzərdə tutulmuşdu. Bununla bağlı Klublar Komitəsində müzakirə aparılıbmı?
- Klublar Komitəsinin iclaslardan öncə bütün üzvlərə məktub yollayırıq və təkliflərini göndərmələrini xahiş edirik. Bu dəfə qeyd etdiyini və digər məsələləri soruşacağıq. Klublar maraqlı olsa, müzakirəyə çıxarılacaq. Bildiyiniz kimi, bəzi komandaların üzvləri IV İslam Həmrəyliyi Oyunlarında çıxış etmək üçün Azərbaycan milli komandasının heyətinə cəlb olunacaqlar. Bu baxımdan klublarla danışıb, bir qərar çıxardarıq.
- Axı, bəzi futbolçuların milli komandalara cəlb edilməyi turnirin keçirilməsinə manə olmamalıdır. Hər halda, bu, ölkə çempionatı deyil ki, hansısa klub futbolçuları milli komandanın düşərgəsində olduğunu əsas gətirib, iştirak etməsin. Turnirin mahiyyəti futbolçuların oyun praktikasını qorumalarıdır...
- Şübhəsiz, 3 ay böyük müddətdir. Çempionat avqustda başlayır. Bizdə istərdik həmin boşluğu dolduraq. Lakin gərək klubların da iştirak etmək niyyəti olsun.
- Turnirin hansı şəhərdə keçirilməsini istərdiniz?
- Önəmli deyil, əsas odur ki, keçirilsin. Üzü yay gedir. Ona görə də təbii meydançalarda oynamaq istərdik. Hazırda bu cür stadionların sayı az deyil. "Bakcell Arena", Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, Qəbələ şəhər stadionu, "Azərsun Arena" və digərləri var.
- Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika stadionunda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək...
- Məsəlüçün dedim. İslamiada cəmi 10 gün çəkəcək. Həm də başqa stadionlar da var. Adətən çempionatı mayın sonunda bitirirdik. Bu cür turnirlər 2-3 günlük turnirlərdi. Çempionat kimi dairəvi sistemlə keçiriləcəyinə inanmıram. İtaliyada, Almaniya və başqa ölkələrdə bu cür qısa turnirlər təşkil olunur. Burada əsas praktikadır. Çünki iyun ayının 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə vacib oyunumuz var. Ona görə də futbolçular hazır olmalıdır.
- İcraiyyə Komitəsinin növbəti iclası nə vaxt olacaq?
- Aprel ayı üçün planlaşdırırıq. Lakin indi dəqiq tarix deyə bilməyəcəyəm.
- Başqa hansı məsələlər müzakirə olunacaq?
- Hazırda konkret bir söz deyə bilmərəm. Klublarla məsləhtləşməliyəm. Bir həftəyə bəlli olacaq.
- Sonda "Sumqayıt"ın Azərbaycan Premyer Liqasının növbəti - XXIV turunda "Neftçi" ilə oyunu barədə fikirlərinizi bilmək maraqlı olardı. Bu görüş avrokuboka vəsiqə verən 4-cü pilləni tutmaq baxımından sizin üçün çox önəmlidir...
- Qarşıda 5 tur var, 5-i də önəmlidir. Bir səhv hamıya çox baha başa gələcək. Hazırda Azərbaycan futbolunda iki lider var - "Qarabağ" və "Qəbələ". Onlar öz aralarında qızıl medalın sahibi müəyyənləşdirəcəklər. Mən falçı deyiləm, böyük ehtimalla "İnter" 3-cü yeri tutacaq. Ancaq 4-cü yer uğrunda qızğın mübarizə olacaq.
- Hər halda, bu tur həlledici ola bilər. 6-cı pillədə qərarlaşan "Sumqayıt" 5-ci sıradakı "Neftçi"ni qəbul edir. "Dördlüy"ü qapayan "Zirə" isə "Qəbələ"nin qonağı olacaq...
- Oyuna ümidlə baxırıq. Cari çempionatda "Neftçi"ni 2 dəfə məğlub etmişik. Düzdür, əvvəlki "Neftçi"dir, amma nə fərqi var? Son matçda isə çətin hava şəraitində bir topla uduzduq. Qələbə üçün oynayacağıq.