"Maaşlarımızı dünən veriblər. Amma hamısını deyil, fevral ayının. Hələ ki, mart ayının maaşları qalıb”.
Bu barədə Sportnet.az-a "İnter”in futbolçusu Fuad Bayramov məlumat verib. 23 yaşlı yarımmüdafiəçisinin sözlərinə görə, klubun dağılma ehtimalı yoxdur və qarşıdakı mövsümdə də komanda fəaliyyətini davam etdirəcək: "Elə dünən Rəmiş Malıyevin özü ilə söhbət etdik. Bizə dedi ki, komanda qalacaq və fəaliyyətini davam etdirəcək. Ancaq "İnter”in maddi durumunun necə olacağı bilinmir".
Bayramov ona başqa klublardan təklif olduğunu, ancaq qərar verməyə tələsmədiyini də bildirib: "Bəli, təkliflər var. Ancaq tam dəqiq nəsə deyə bilmərəm. Çünki "İnter”in vəziyyətindən çox şey asılıdır. Yaxşı olsa, elə burada qalmaq istəyirəm. "İnter” mənə doğma komandadır. Hansı komandanın məni istədiyini deyə bilmərəm. "İnter” özü də mənə yeni müqavilə təklif etməyib”.