1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "Səhv edirəmsə, düzəldin"
"Möhtəşəm oyun oldu. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığıml bildirirəm. Hər şey əla idi".
Sportnet.az-ın məlumata görə, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl "Qəbələ"ni 2:0 hesabı ilə yenərək, Azərbaycan Kubokuna sahib olduqları final matçından sonra deyib.
O bildirib ki, komandası ardıcıl üçüncü mövsüm "qızıl dubl" etməklə tarix yazıb: "Səhv edirəmsə, düzəldin: "Qarabağ" ardıcıl 3 mövsüm "qızıl dubl" edən ilk klub oldu. Bu mənada tarix yazdıq. Çox xoşbəxtəm".
Klub rəhbəri növbəti hədəflərinin Çempionlar Liqasının finalına vəsiqə qazanmaqdan ibarət olduğunu söyləyib: "Üç dəfədir qapını döyürük alınmır. Ümid edirəm ki, bu dəfə alınar".