
Bu gün "pley-off" mərhələsinin cavab qarşılaşmasında Hollandiya "Tvente"sinin qonağı olan "Qarabağ" səfərdə əzmkar oyun göstərərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Sportnet.az-ın məlumatına görə, oyundan sonra şəhərə axışan azarkeşlər bu nailiyyəti qeyd ediblər.
Futbol tariximizdə Avropa Liqasının qrup mərhələsində iştirak edəcək ikinci komandamız olan "Qarabağ"ın bu zəfərini azarkeşlər şəhərdə coşqu ilə qeyd edirlər. Əllərində Azərbaycan bayrağı və klubun loqosunu əks etdirən bayraqlarla silahlanan fanatlar "Qarabağ"ın şərəfinə xoş sözlər söyləyir və siqnallar verərək öz sevinclərini bildirirlər.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" matçı 1:1 heabı ilə bitib. Bakıda keçirilən ilk oyunda isə hesab açılmamışdı - 0:0.