"Qarabağ" komandasının qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Herseqovina millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı qolkiper Yunanıstan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün açıqlanan 28 nəfərlik heyətdə yer alıb.
Görüş iyunun 9-da Sarayevodakı "Bilino Pole" stadionunda keçiriləcək. Baş məşqçi Mehmed Bajdareviç daha 3 nəfəri isə ehtiyat oyunçu kimi yığmaya çağırıb.
Komanda üzvləri iyunun 1-də yığışacaq.