1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
1/4 finala darmadağınla
Gürcüstanın paytaxtı Tbilisidəki Nodar Axalkatsinin xatirə turnirində qrup mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası III turda yerli "Telavi” ilə qarşılaşıb. Namiq Əliyevin baş məşqçisi olduğu komanda ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 5:0. "Qırmızı-qaralar”ın heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıb.
İlk turda Tbilisi "Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca "Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən "Qəbələ” qrip mərhələsini 6 xalla tamamlayıb.
"Qırmızı-qaralar” bu nəticə ilə 1/4 finala yüksəlib. Mayın 31-də baş tutacaq qarşılaşmada rəqib "Saburtalo” olacaq.