1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən ilk rəsmi transfer
"Qəbələ" klubu 2017/2018 mövsümü üçün ilk futbolçu transferini gerçəkləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"dan ayrılan İlqar Qurbanovla 2 illik müqavilə bağlanılıb.
25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə "Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə "Olimpik-Şüvəlan”, 2011 - 2017-ci illərdə "Qarabağ”ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov "Sivasspor” (2007-2008), "Boluspor” (2008-2009) və "Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. O, Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.