1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maradonanın əllə qolunu görməyən hakim öldü - VİDEO
1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev vəfat edib. Sportnet.az-ın məlumatına görə, Doçev 80 yaşında ikən dünyasını dəyişib.
Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyunsonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.
Doçev isə Allahın əli barədə danışmağı sevmədiyini və bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olduğunu söyləyib: "Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi".
Qeyd edək ki, Boqdan Doçev 1970 - 1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə əlaqədar insident üzündən o, karyerasını başa vurmalı olub.