
Qarabağ"ın
yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasında qrup mərhələsindəki rəqibləri
dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, bu haqda makedoniyalı UEFA-nın rəsmi saytına
açıqlama verib.
O bildirib: "Təbii ki, ən çətini hələ qarşıdadır. Amma qrupa düşə bilmişiksə, o zaman niyə kimdənsə qorxmalıyıq? Biz istənilən rəqibə müqavimət göstərə biləcək gücdəyik. Düzdür rəqiblərimizin ustalıq səviyyəsi yüksəkdir, lakin biz heç kimdən çəkinmirik”.
Qeyd edək ki, "Qarabağ" F qrupunda "İnter" (İtaliya), "Sent Etyen" (Fransa) və "Dnepr" (Ukrayna) komandaları ilə mübarizə aparacaq.