1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Uşaq futbolunda tibbi xidmətlə bağlı tələblər - LAYİHƏ
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Yeddinci yazıda oyunçulara göstərilən tibbi xidmətlə bağlı tələblər və klublarda işin təşkili üzərində dayanacağıq.
AFFA-nın tətbiq etdiyi lisenziyalaşdırma üzrə qaydaların S.01 meyarına əsasən lisenziya iddiaçısı "Gənclər futbolunun inkişafı proqramı”nı təqdim etməlidir. Proqramda gənclər komandalarının oyunçularının tibbi müayinəsi və xidməti də əksini tapmalıdır. Burada isə bir sıra nüanslar var.
14 yaşına qədər gənclər komandalarının tibbi xidmətinə ailə və məktəb həkimi aiddir (Milli qanunvericilik nəzərə alınmaqla). Hər bir müayinə valideynlərin razılığı ilə olmalıdır. Beləliklə, klub həkimindən 15 yaşınadək olan futbolçuları tibbi müayinədən keçirmək tələb olunmur. Bununla belə, klub lazım olan hallarda bütün gənc futbolçulara tibbi xidmət göstərməlidir.
Gənclər komandası oyunçularına öz və rəqib meydanında (həmçinin səfərlər zamanı) keçirilən oyunlar zamanı tibbi xidmətin təşkili strukturu klubun "Gənclər futbolunun inkişafı proqramında” baxılmalıdır.
Klubun gənclər futbolunun inkişafı proqramında oyunçulara tibbi xidmətlə əlaqədar aşağıdakı məlumatlar göstərilməlidir:
a) Öz meydanında və məşqlər zamanı tibbi xidmətə cavabdeh olan həkimin adı, ünvanı, telefon nömrəsi
b) Meydança və tədris məşq obyektlərində dərman qutularının saxlanlığı yer
c) Yaxındakı xəstəxananın yerləşdiyi yer və əlaqə məlumatları (telefon nömrəsi və s.)
d) Rəqib meydanında oyunlar zamanı tibbi xidmətin təşkili (adətən yerli klubun həkimi həm də qonaq komandanın oyunçularına xidmət edir)
e) Gənclər komandasının məşqçiləri lazım olan hallarda (məsələn zədə və s.) ilk tibbi yardım göstərməli və valideynlərin məlumatlandırmalıdır
f) Gənclər komandalarının oyunçularına ilk tibbi yardım göstərilməsini, onun metodikasını öyrətmək
g) Klub tərəfindən 15 – 21 yaşlı gənclər komandaları üçün tibbi xidmətin metodikası xüsusi olaraq hazırlanmalıdır və tibbi kartlar tərtib edilməlidir.
UEFA-nın tibb komissiyası məsləhət görür ki, tədris proqramlarına cəlb olunmuş (məsələn, gənclər akademiyasına), həmçinin milli gənclər komandalarında çıxış edən 15 – 21 yaşında olan oyunçular aşağıdakı formada tibbi müayinələrdən keçsinlər:
Lisenziar klublara vacib olan tibbi müayinələri və onların keçirilmə vaxtlarını müstəqil şəkildə təyin edir. Bu halda lisenziarın hüququ var ki,
a) Əlavə vacib müayinələr təyin etsin
b) Vacib olmayan müayinələri vacib hesab etsin
Buna görə lisenziar yerinə yetirməlidir:
- Klub həkimləri üçün minimal vacib tibbi müayinələrin siyahısını dəqiq təyin etməlidir. Bunun üçün klubun həkimi AFFA-nın tibbi ekspertləri ilə sıx əməkdaşlıq etməlidir
- Klub tələb olunan meyarları yerinə yetirmək üçün tibbi kartları təzələnməli olan oyunçuları dəqiq təyin etməlidir
- Klublar üçün lazım olan müraciət formasını təyin etməlidir
- Klubların tibb işçilərini vaxında məlumatlandırmalıdır.
Bütün oyunçuların vacib sayılan tibbi müayinələrdən keçirilməsi üçün klubun həkimi məsuliyyət daşıyır. Adətən, müayinələri klubun həkimi aparır, lakin oyunçular digər tibb mütəxəssislərinə də göndərilə bilər. Bundan başqa həkim tibbi kartların vaxtında təzələnməsinə və məxfiliyinə məsuliyyət daşıyır, onu əvəz edən həkimi təlimatlandırır. Milli assosiasiyalara məsləhət görülür ki, müəyyən olunmuş tələblərin yerinə yetirilməsi və fikir mübadiləsi aparmaq üçün ildə bir dəfə tibb komitəsi üzvlərinin klublara getməsini təşkil etsinlər.
Klublar 15 – 21 yaşadək olan gənclər komandalarının tibbi müayinələri aparmağa, həmçinin gənclər futbolunun inkişafı proqramı çərçivəsində lazımi tədbirləri həyata keçirməyə cavabdehlik daşıyırlar.
Klubun əsas komandasında iştirak edən 15 – 21 yaşadək olan oyunçular aşağıdakı formada tibbi müayinədən keçməlidirlər:
a) Futbolçunun şəxsi məlumatları
Futbolçuların şəxsi məlumatlarında keçirilən tibbi müayinələrin əsasları göstərilir. Bunlar sənədləşdirilməli və oyunçunun bütün karyerası müddətində təzələnməlidir. Futbol sahəsində aparılmış qabaqcıl təcrübələrə əsaslanaraq UEFA daxili yoxlamalar zamanı yazılı qeydləri məsləhət görür.
Hər il həyata keçirmək məsləhət görülür
1. Əvvəlki mövsümdə keçirilmiş oyunların ümumi sayı (o cümlədən yoldaşlıq oyunlarının)
2. Dayaq ayağı
3. Meydandakı mövqeyi
b) Oyunçuların anamnezi və irsiyyəti
Anamnez və irsiyyət haqqında ümumi məlumat tibbi kartın əvvəlində qeyd olunur. Bu yoxlamaların nəticələri oyunçunun bütün peşəkar karyerası ərzində təzələnməlidir.
Hər il təzələnməlidir
1. Ailənin anamnezi (1-ci nəsil, yəni valideynləri, qardaş və bacıları) Arterial təzyiq, insult, ürək xəstəlikləri, həmçinin ürək xəstəliyindən qəflətən ölüm, damar xəstəlikləri, varikoz, dərin venoz, tromboz, diabet, allergiya, astma, xərçəng, qan xəstəlikləri, əzələ və oynaqların xroniki xəstəlikləri
Hər il təzələnməlidir
2. Oyunçunun anamnezi
- ürək xəstəlikləri, aritmiya, bayılmalar, beyin silkələnməsi, allergiya, astma, residivləşən infeksiyalar, digər ciddi xəstəliklər, qospitalizə, cərrahi müdaxilə və məşqlərin bir aydan çox dayandırılmasına səbəb olan ciddi zədələr
Hər il qeydiyyat aparılmalıdır
3. Hal-hazırdakı şikayətləri
- ümumi halsızlıq (əzələ və oynaqlarda ağrılar), döş qəfəsində ağrı, təngnəfəslik, tezlənmiş ürəkdöyünmə, aritmiya, başgicəllənmə, bayılmalar, soyuqdəymə xəstəliklərin simptomları, öskürək, bəlbəm ifrazı, iştahın və çəkinin azalması, yuxusuzluq, mədə-bağırsaq pozğunluqları
Hər il qeydiyyat aparılmalıdır
4. Tibbi preparatlar/Əlavələr
- oyunçuların hal-hazırda qəbul etdiyi tibbi preparatlar, təsdiqlənmiş TUE (qadağan olunmuş preparatlardan terapevtiv istifadə üçün icazə məcburiyyət olduqda), oyunçular tərəfindən qəbul edilən qida əlavələri, antidopinq kodeksləri haqqında oyunçuların məlumatlandırılması
Hər il təzələnnməlidir
5. Peyvəndlər / Aparılmış peyvəndlərin qeydiyyatı (tarixləri göstərməklə)
Tetanus, Hepatit A və B əleyhinə peyvənd olunmaq ciddi şəkildə məsləhət görülür.
c) Ümumi tibbi müayinələr (Bu həkimin tibbi müayinələr çərçivəsində gördüyü işin ikinci hissəsidir).
Hər il həyata keçirilməlidir
1. Boy
2. Çəki
3. Arterial təzyiq (hər dəfə eyni qolda yoxlanması məsləhətdir). Bu haqda müvafiq qeyd edilməlidir.
4. Baş və boyun hissə (görmə, burun, qulaqlar, dişlər, boğaz, qalxanvari vəzi)
5. Limfa düyünləri.
6. Döş qəfəsi və ağ ciyərlər (baxış, auskultasiya, pezkussiya, dərin nəfəs alıb saxlamaqla döş qəfəsinin genişlənməsi)
7. Ürək (tonları, küylər, ürək ritmi, aritmiya)
8. Qarın boşluğu (o cümlədən yıztıqlar və çapıqla)
9. Qan damarları (məsələn: periferik ritm, damar küyləri, varikoz)
10. Dəriyə baxış
11. Sinir sistemi (məsələn: reflekslər, hissiyat pozğunluqları)
12. Hərəkət sistemi (məsələn: zəiflik, atrofiya)
d) Kardioloji müayinələr
Adətən oyunçuların peşəkar karyerasının başlanğıcında EKQ və exokardioqrafiya aparılır. Bu, lisenziya almaq üçün mütləqir.
1) Əsas komandada çıxış edən bütün oyunçular, ən gec 21 yaş tamam olana kimi.
2) Əsas komandada çıxış edən və yaşı 21-dən yuxarı olan oyunçuların tibbi kartında EKQ və exokardioqrafiya yoxdursa.
- Elektrokardioqramma (12 aparmalı EKQ)
- Exokardioqrafiya
e) Laborator müayinələr
UEFA yarışlarında iştirak edən klubların komandaları adətən çoxmillətli olur. Ona görə hərtərəfli laborotor müayinələrin aparılması məcburi şəkildə məsləhət görülür.
Bütün laborator müayinələr oyunçuları məlumatlandıraraq razılıq əsasında və milli qanunvericiliyə uyğun olaraq aparılır (məxfilik, irqçilik və bunun kimi məsələlər və s.)
Hər il yerinə yetirilməlidir
1. Qanın analizi (hemoqlobin, hemotokrit, eritrositlər, trobmositlər, leykositlər)Hər il yerinə yetirilməlidir
2. Sidiyin analizi
Məsləhət görülür
Eritrositlərin çökmə sürəti, C – reaktiv zülal, qanda yağlar (xolesterin, yüksək və aşağı sıxlıqlı alfa-lipoproteinlər, triqliseridlər), şəkər, sidik turşusu, kreatinin, aspartat – amino – transferaza, alanin – amino – transferaza, qamma – qlutamil – transferaza, kreatinkinaza, kalium, natrium, maqnezium, ferrum, ferritin, qan qrupu, QİDS-ə görə analiz, hepatitə görə müayinə
f) Ortopedik və funksional müayinələr
Hər il məcburi
1. Onurğa: baxış və funksional testlər (elastiklik, ağrılar, hərəkətin diapozonu)
2. Çiyin: ağrılar, hərəkəti və gücü
3. Bud-çanaq oynağı, qasıq və bud: ağrılar və hərəkətlik
4. Dirsək: ağrılar və hərəkətlik
5 Diz: ağrılar, hərəkətlik, qırılmış diz qapağı sindromu
6. Ayaq və pəncə: ağrılar, hərəkətlik və dözümlük
Məsləhət görülür
7. Hərəkətin diapozonu və əzələlərin qüvvəsi (əzələlər, vətərlər, çanaq – bel əzələsi, dördbaşlı əzələ, baldır əzələsi, kambalayabənzər əzələ)
8. Əzələnin gücü (bir ayaqla tullanma testi)
9. Əzələ müvazinəti testi (SOLEC testi: gözləri qapayaraq bir ayaq üstə durmaq)
g) Radioloji müayinələr
Aparılmış tibbi müayinələr əsasında kliniki və funksional göstəricilərə görə tələb olunursa, ultrasəs, rentgen və maqnit-rezonans tomoqrafiya aparılmalıdır. Radioloji müayinələrin nəticələri (xüsusi ilə zədə nahiyəsindəkilər) oyunçuların tibbi kartlarında qeyd olunmalıdır.
"Uşaq özü də sağlamlığına diqqət yetirməlidir"
Hazırda "Qarabağ” futbol akademiyasında 4 həkim fəaliyyət göstərir. Onlardan biri də həmsöhbətimiz Nadir Qurbanovdur. Onun sözlərinə görə, Ağdam təmsilçisi uşaqların tibbi müayinəsinə böyük önəm verir: "Tələb olunan bütün müayinələri vaxtlı-vaxtında aparırıq. Həmçinin mövsüm ərzində kimin nə şikayəti varsa, baxırıq və lazımı tədbirlər görürük. Klubun müqavilə əsasında əməkdaşlıq etdiyi klinikalar var. Uşaqlarda nəsə bir problem yaranan zaman klinikalara yönləndiririk”.
N.Qurbanov deyir ki, uşaqlarda əsasən aşıq-baldır oynağı nahiyəsinin burxulması və vətərlərinin gərilməsi zədələrinə rast gəlinir: "15 yaşa qədər uşaqlarda daha çox diz nahiyəsində sümük üstünün aralanması halları olur. Bu zaman məşqçilərə həmin uşaqlara istirahət verməyi tövsiyyə edir. Təxminən 2-3 ay. Bu, yaşla əlaqədar olan bir şeydir. Xəstəliklərə gəlincə, əsasən soyuqdəymə və qrip müşahidə olunur”.
Həkimin sözlərinə görə, zədələrdən və xəstəliklərdən qorunmaq üçün uşaqların valideynlərinin və özlərinin üzərinə də böyük məsuliyyət düşür: "Uşaq bütün gününü akademiyada keçirmir. O, özü də sağlamlığına diqqət yetirməlidir. Məsələn, qidalanmaya, gigiyenik qaydalara, geyiminə fikir verməli, məşqçinin verdiyi əlavə tapşırıqları da yerinə yetirməlidir. İnkişaf dövründə, xüsusən də boy artımı ilə əlaqədar ağrıların olması normaldır. Lakin burada fiziki yük bərabər yüklənməlidir. Elə uşaq var ki, həm futbola gəlir, həm başqa idman növü ilə məşğul olur. Bu cür yükləmə isə yolverilməzdir. Yəni, nüanslar çoxdur”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir