19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Centenary” stadionunda keçirilən görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda son oyununu noyabrın 18-də Malta yığmasına qarşı keçirəcək.
------------------------
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Qazaxıstan və Maltadan olan hakimlər briqadası idarə edəcək.
15 noyabr
17:30. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
“Centenary” stadionu, Ta Qali.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Çexiyaya böyük hesabla uduzub - 1:6.