
Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Çexiyanın müvafiq yaş qrupundan olan millisi olub.
Görüş Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:5. Millimiz qollardan 3-nü ilk yarıda, qalanlarını fasilədən sonra buraxıb. 4-cü qol penaltidən vurulub.
Azərbaycan yığması oyunu bu heyətlə keçirib: Mustafa Özhitay - Sertan Taşkın, Serkan Baloğlu, Bəhlul Mustafazadə, Yusif Nəbiyev - Fəhmin Muradbəyli (Əlibəy Məmmədli, 73), Qismət Alıyev, Budaq Nəsirov, Ehtiram Şahverdiyev (78. Eltun Turabov), İlyas Səfərzadə (Alen Askerov, 46)- Mahir Mədətov.
Qeyd edək ki, bu komandalar arasında iyunun 8-də daha bir yoxlama matçı keçiriləcək.