Bakı "İnter"i yeni mövsümə hazırlıq məqsədilə Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Sportnet.az-ın məlumatına görə, Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv ölkəni tərk edən ilk komanda olub.
Hazırlıq prosesi Boluda olacaq. İyunun 19-dək davam edəcək toplanış müddətində 4 yoxlama oyunu nəzərdə tutulub.
Qeyd edək ki, "İnter" Azərbaycanı Avropa Liqasında təmsil edəcək. I təsnifat mərhələsindən mübarizəyə başlayacaq "bankirlər"in rəqibi iyunun 19-da müəyyənləşəcək.











































































