"Neftçi" yarımmüdafiəçi Eltun Yaqublu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi digər 3 futbolçusunu – Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədov icarəyə verilib. Müqaviləyə görə Aqşin və Orxan 1 il, Təyyar isə 6 ay müddətinə "Səbail” klubunun formasını geyinəcəklər.