"Qarabağ” komandası daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Migel Madeyra ilə əməkdaşlığı davam etdirməyə qərar verib.
2015-ci ilin yayında "Qarabağ”a transfer olunan ispaniyalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib.
Migel Madeyra Azərbaycan çempionunun heyətində 71 oyuna( 49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) çıxıb, bu qarşılaşmalarda 15 qola ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) imza atıb.
Qeyd edək ki, "Qarabağ” bir müddət əvvəl Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.