Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Ağdam təmsilçisindən təklif almadığını açıqlayıb.
O deyib ki, belə bir təklif olsa, dəyərləndirməyə hazırdır: "Bakı çox xoşuma gəldi. Burada oynamağa hazıram. Amma mənə konkret təklif gəlməyib. Gəlsə, "yox" demərəm".
Qeyd edək ki, Kayl Lafferti İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuzdur.