Bu gün Gənclər və İdman naziri Azad Rəhimov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi iştirak edib.
A.Rəhimov 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə oyunların keçiriləcəyini xatırladaraq millimizin layiqli mübarizə aparacağına inandığını bildirib, komandaya uğurlar arzulayıb.

Daha sonra baş nazir FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco ilə görüşüb. AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycam Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə ölkəmizdə futbolun bu növünün inkişafı ilə bağlı görülən işlər müzakirə edilib.