Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" komandası bu gün ilk yoxlama oyunuu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Avstriyanın regional liqasında mübarizə aparan "Fulpmes” komandası olub. Görüş "qırmızı-qaralar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Roman Qriqorçukun baş məşqçi olduğu komanda hər hissədə 4 qol vurub. Qollardan 2-ni əvəzedici heyətdən cəlb olunmuş Ülvi İbazadə vurub. Eyni zamanda yeni transfer İlqar Qurbanov da fərqlənib.
"Fulpmes" (Avstriya) - "Qəbələ" 0:8
Qollar: Dabo, Tellur Mütəllibov, İlqar Qurbanov, Filip Ozobiç, Elvin Camalov, Qismət Alıyev (penalti ilə), Ülvi İbazadə (2 qol)
"Qəbələ”nin ilk yarıdakı heyəti: Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo
İkinci hissədə meydana daxil olanlar: Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılı
Hazırlıq oyunu, Avstriya.
Qeyd edək ki, "Qəbələ” daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” iyunun 15-də "Terek” (Rusiya), iyunun 19-da "Botev” (Bolqarıstan), iyunun 22-də isə "Ludoqorets” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.