Türkiyənin "Fənərbağça" futbol komandasının qapıçısı Volkan Demirel Azərbaycandan təklif alıb. Sportnet.az-ın məlumatına görə, bu barədə 36 yaşlı qolkiperin meneceri "beİN Sports"a açıqlamasında bildirib.
Meneceri Demirel ilə İtaliya və ABŞ-dan da maraqlananların olduğunu söyləyib. Lakin o, "Fənərbağça"dan başqa komandanı istəmədiklərini vurğulayıb. Şehit müqaviləsi bitən qapıçının yeni anlaşmaya dair danışıqlarının transfer mövsümü açılanda başlanacağını da əlavə edib.
Qeyd edək ki, Volkan Demirel 2002-ci ildən "Fənərbağça"da çıxış edir. O, 2004 - 2014-cü illərdə Türkiyə millisində də forma geyinib.