
"Bura gəldiyim üçün çox şadam. Rəhbərlik, Elxan Abdullayev sağ olsunlar, mənə dəvət göndərdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Rəşad Əzizli klub televiziyasına açıqlamasında deyib. 2011-2013-cü illərdə də "Neftçi”də çıxış etmiş 23 yaşlı qapıçı klubun onun üçün doğma olduğunu bildirib: "Əvvəllər "Neftçi”də oynamışam, bura mənə doğmadır. "Neftçi”də ilk məqsədim bir nömrə olmaqdır. Gənc olmağıma baxmayaraq, özümü sübut etməyə çalışacağam. Gərək yoxlama oyunlarında, təlim-məşq toplanışında yerimi möhkəmlədim ki, əsas heyətdə daim oynaya bilim”.