1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Görüləcək işlər çoxdur"
"İlk yoxlama oyunumuz idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydankı hərəkətliliyi vacib idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi Ayxan Abbasovun Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında "İnter”i 2:0 hesabı ilə yendikləri yoxlama matçı haqda danışarkən deyib.
Gənc mütəxəssis oyundan razı qaldığını bildirsə də, görüləcək işlərin çox olduğunu vurğulayıb: "Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Futbolçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə, hər iki hissədən razı qaldım. Bununla belə, görüləcək işlər çoxdur. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların da uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama oyunlarda çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".