
Futbol üzrə Fransa yığması yoldaşlıq oyununda İngiltərə millisini məğlub edib.
Sportnet.az xəbər verir ki, görüş Sen-Deninin "Stad de Frans" stadionunda keçirilib və 3:2 hesabı ilə başa çatıb. Fransızlar görüş 2:2 olarkən azlıqda qalıblar. Rafael Varan matçın 47-ci dəqiqəsində meydandan qovulub. Buna baxmayaraq ev sahibləri Dembelenin sayəsində qələbə topunu vura biliblər.