"Ümumilikdə 12 gündür yeni mövsümün hazırlıqlarına start vermişik. Avstriyadakı təlim-məşq toplanışının da artıq bir həftəsi arxada qalıb. Hazırlıq prosesi məşqçilərin verdiyi proqram üzrə davam edir. Hesab edirəm ki, hər şey plana uyğundur. Məskunlaşdığımız Fulpmes çox gözəl qəsəbədir. Bura çox gözəl mənzərəyə malik yerdir. Təbiəti də göz oxşayır”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Elvin Camalov Avstriyada toplanışını klubun rəsmi saytına dəyərləndirərkən deyib.
Camalov hazırlıq prosesinin yeni mövsümdə bəhrəsini verəcəyini düşünür: "Burada keçdiyimiz təlim-məşq toplanışının nəticəsini qarşıdakı matçlarda görəcəyik. Artıq ilk yoxlama oyununu keçirmişik. Yerli komanda ilə görüşdük. Qarşıda daha 3 belə sınağımız olacaq. Bu toplanışda daha çox məşq etmək, güc toplamaq və üzərimizdə çalışmaq lazımdır. Yeni mövsümə tam hazır olmaq üçün bu hazırlıq prosesindən maksimum yararlanmalıyıq”.
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında "Fulpes"i darmadağın edib - 8:0.