
"Qarabağ" komandası bu gündən 2017-18-ci il mövsümünə hazırlığın ikinci mərhələsinə start verir. Sportnet.az-ın məlumatına görə, Ağdam komansı günorta saatlarında Bakı - İstanbul - Zalsburq reysi ilə Avstriyaya yola düşüb.
Milli komandaların heyətlərində olan futbolçular bir neçə günlük istirahətdən sonra iyunun 20-də heyətə qoşulacaqlar.
"Qarabağ"ın yerli vaxtla saat 18:00-da Zalsburqa çatacağı gözlənilir. Komanda ötən illərdə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.