Bakı "İnter"i Türkiyənin Bolu bolgəsindəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniya çempionu "Viitorul" olub.
Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1. İlk yarıda Rauf Əliyev penalti ilə hesabı açıb. Rəqib komanda fasiləyədək bərabərliyə nail olsa da, ikinci hissədə Samir Zərgərov son nöqtəni qoyub.
Qeyd edək ki, "Viitorul"un baş məşqçisi əfsanəvi futbolçu George Hacıdır. "İnter" əvvəlki yoxlama oyunlarında Kamerunun "Kolombe Sportiv" komandasını 1:0 hesabı ilə yendiyi halda, "Zirə"yə uduzub - 0:2.