1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Beşiktaş”ın prezidenti: “Bu il dəqiq Azərbaycana gedəcəyik”
"Müsəlman əhalinin sıx olduğu yerlərdə rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda "Beşiktaş” azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amm bu il dəqiq gedəcəyik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Vatan” qəzetinə müsahibəsində Türkiyənin "Beşiktaş” klubunun prezidenti Fikret Orman deyib. 50 yaşlı klub rəhbəri bildirib ki, Çin səfəri başlanğıcdır və ümumilikdə 10-12 ölkəyə getməyi planlaşdırırlar: "Çin bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yer aldığı Uzaq Şərqdə milyarda yaxın müsəlman var. "Real Madrid”, "Barselona” və ya "Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldu, İbrahimoviç olan komandalardan müştəri qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".
Qeyd edək ki, "Beşiktaş” iyulun 16-da Çinə gedəcək və 4 günlük səfər müddətində iki hazırlıq matçı keçiriləcək.