1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" Hacının komandasına uduzdu - VİDEO
"Zirə” Türkiyə toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniya çempionu, Georgi Hacının rəhbərlik etdiyi "Vitorul” olub.
Oyuna yaxşı başlayan Azərbaycan təmsilçisi artıq 3-cü dəqiqədə hesabı açıb. Pressinq nəticəsində Viktor İqbekoyi topu rəqibdən alıb Orxan Əliyevə ötürüb. Əliyev isə 3-cü yoxlama oyununda da fərqlənməyi bacarıb. Fasiləyə qədər "qartallar” rəqib qapısına daha bir dəfə yol tapıblar. "Zirə”nin heyətində ilk oyununu keçirən David Manqanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapı tirinə dəyən top xətti keçsə də, baş hakim mərkəzi göstərməyib.
Fasilədən sonra hər iki komandanın baş məşqçisi əsas heyətin əksər üzvlərini dəyişiblər. Nəticəyə gəlincə, 2 qol vuran "Vitorul” qələbə qazanıb - 2:1. Bir epizodda isə Kamal Bayramov rəqibin 11 metrlik cərimə zərbəsindən fərqlənməsinə imkan verməyib.
Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirən "Zirə” əvvəlcə "İnter”ə 2:0, ardınca isə Kamerunun "Columbe Sportive” klubuna 8:0 hesabı ilə qalib gəlib.